Vətənim Media xəbər verir ki, dünya bazarlarında neftin qiyməti artıb. “Brent” markalı neftin dekabr fyuçersləri 1,27 dollar bahalaşaraq bir barel üçün 116,15 dollara çatıb. Bu, 1,11 faizlik artımdır.
ABŞ-ın “WTI” markalı neftinin dekabr fyuçersləri isə 1,07 dollar və ya 1,05 faiz bahalaşaraq 103,07 dollar olub. APA-nın məlumatına görə, artım Yaxın Şərqdəki geosiyasi gərginlik və regiondan enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda qeydə alınıb.
Əsas mənbə: APA
