Vətənim Media xəbər verir ki, Bakının müxtəlif prospekt və küçələrində nəqliyyat sıxlığı qeydə alınıb. Sıxlıq olan 24 istiqamətin siyahısını Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlayıb.
Siyahıya Bakı-Sumqayıt şosesinin Xırdalan dairəsi istiqaməti, Tbilisi, Ziya Bünyadov və Heydər Əliyev prospektləri, eləcə də Yusif Səfərov və Babək küçələri daxildir. Sıxlıq 28 May və Rəşid Behbudov küçələrində, “Sahil” və “Əhmədli” metro stansiyalarının ətrafında da müşahidə olunur.
Əsas mənbə: APA
