Respublika Gənclər Kitabxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Respublika Gənclər Kitabxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Vətənim Media xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunan tədbir keçirilib. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kitabxananın direktoru Aslan Cəfərov çıxışında Zəfər Gününün milli birlik və dövlətçilik baxımından əhəmiyyətindən danışıb. Tədbirdə akademik Nizami Cəfərov, polkovnik Cəlil Xəlilov, Elmira Ələkbərova və digər qonaqlar da çıxış ediblər. Onlar qələbənin tarixi yaddaşda qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.

“Azərnəşr”in rəhbəri Əlövsət Ağalarov “İlham Əliyev. İnkişaf-məqsədimizdir. Zəfər. Tam və qəti qələbə” kitabını kitabxanaya hədiyyə edib. Xuraman Muradova isə Şuşaya və şəhərin müdafiəçilərinə həsr etdiyi “Şuşam” şeirini səsləndirib.

Əsas mənbə: edebiyyatqazeti.az

Vətənim Media Shorts

YouTube-da aç ↗