Vətənim Media xəbər verir ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən paneldə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Azərbaycanda mədəni irsin qorunmasına göstərilən diqqətdən danışıb. APA-nın məlumatına görə, ölkədə 143 muzey fəaliyyət göstərir və onların 44-ü Mədəniyyət Nazirliyinin tabeliyindədir. Muzeylərdə 1,2 milyondan çox eksponat saxlanılır.
Hacıyeva bildirib ki, Azərbaycan UNESCO və ICESCO ilə əməkdaşlıq çərçivəsində maddi və qeyri-maddi irsin qorunmasına xüsusi əhəmiyyət verir. Qarabağ və Şərqi Zəngəzurda mədəni irs nümunələrinin bərpası, eləcə də Şuşada keçirilən Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı tarixi məkanlarda mədəni dialoqun inkişafına xidmət edir.
Əsas mənbə: APA
